Bank Of Baku

Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası gələn il Bakıda keçiriləcək

Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası gələn il Bakıda keçiriləcək
# 22 iyul 2013 15:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Berlində Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun III iclası keçirilib. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasa Almaniya tərəfindən Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi Xarici iqtisadi siyasət Baş İdarəsinin direktoru Karl-Ernst Brauner, Azərbaycan tərəfdən isə İİN-in Aparat rəhbəri Samir Vəliyev rəhbərlik edib.

 

Azərbaycan nümayəndə heyətinin tərkibinə Səhiyyə, Sənaye və Energetika nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, «Sumqayıt Kimya Sənaye Parkı» MMC və Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) Almaniyadakı nümayəndəsi daxil idilər. Tədbirdə həmçinin, Azərbaycanın Almaniyadakı səfiri və Ştutqartdakı fəxri konsulu iştirak ediblər.

 

İclasda Azərbaycan və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun II iclasından ötən dövrdə görülən işlər, investisiya, Azərbaycanda yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirak imkanları, enerji səmərəliliyi və bərpa olunnan enerji, dövlət mülkiyyətində olan müəssisələrin idarə olunması və özəlləşdirilməsi, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq, tvinninq layihələrinin icrası, peşə təhsili, Azərbaycan həkimlərinin Almaniya klinikalarında təcrübə keçməsi, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı və bir sıra digər məsələlər müzakirə olunub, müvafiq razılıqlar əldə edilib.

 

İclas zamanı «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nin fəaliyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniyanın müvafiq qurumu arasında əməkdaşlığa dair təqdimatlar keçirilib.

 

Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun IV iclasının 2014-cü ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR