Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının ümumi həcmi 100 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 7 investor tərəfindən 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 320 mln. 429 min 500 manat təşkil edib.
Sifarişlər 99,23 manat (10,01%) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti - 99,23 manat (10.01%), orta ölçülmüş qiyməti - 99,23 manat (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 100 mln. manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi 2 avqust 2017-ci ildir.