Bank Of Baku

AMB: Azərbaycanda yalnız 5-6 bankın kapitalı yeni tələblərə cavab vermir

AMB: Azərbaycanda yalnız 5-6 bankın kapitalı yeni tələblərə cavab vermir
# 26 aprel 2013 12:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının yalnız 5-6-sı hələlik Mərkəzi Bankın (AMB) məcmu kapitalla bağlı yeni minimal tələblərinə cavab vermir. Bunu «APA-Economics»ə açıqlamasında AMB-nin sədr müavini Xəqani Abdullayev bəyan edib.

 

X.Abdullayevin sözlərinə görə, yaranmış vəziyyət Mərkəzi Bankı narahat etmir və həmin bankların ya bank olmayan kredit təşkilatına çevrilməsini, ya birləşməsini gözləmək olar. X.Abdullayev bildirib ki, əksər banklar isə artıq lazımi həcmdə kapitala malikdir. Qeyd edək ki, Mərkəzi Bankın son qərarı ilə Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları ilin sonunadək məcmu kapitalını ən azı 50 mln. manata çatdırmalıdır.

 

X.Abdullayev həmçinin bəzi beynəlxalq maliyyə qurumlarının, o cümlədən «Fitch» reytinq agentliyinin Azərbaycan bank sektorunda kapital çatışmazlığı problemi ilə bağlı bəyanatlarına da münasibət bildirib. Bir müddət öncə «Fitch» agentliyi bəyan edib ki, hazırda Azərbaycan banklarının ümumilikdə təxminən 700 mln. manat həcmində əlavə kapitallaşmaya tələbatı var. X.Abdullayevin sözlərinə görə, bu hesablamalar müəyyən suallar doğurur və Azərbaycan bank sisteminin kapitallaşması ilə bağlı reallığı tam əks etdirmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR