Aprelin 3-də "AzRe təkrarsığorta" şirkətinin səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək.
Bu barədə “APA-Economics”ə şirkətə istinadən xəbər verir.
"Yığıncaqda səhmdarlar 2017-ci ildə şirkətin fəaliyyətinin yekunlarını müzakirə edəcəklər. Bundan əlavə, səhmdarlar bölüşdürülməmiş gəlir hesabına dividendlərin ödənilməsi məsələsini həll etməlidirlər”, - deyə şirkətdən qeyd ediblər.
O cümlədən, yığıncaqda səhmdarlar şirkətin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, nizamnamə kapitalı 50 mln. manat olan “AzRe Təkrarsığorta” Azərbaycanda fəaliyyət göstərən yeganə təkrar sığorta şirkətidir.