ARDNF-in ABB-də yerləşdirdiyi 1 mlrd. dollar bankın xarici öhdəliklərinə yönələcək

ARDNF-in ABB-də yerləşdirdiyi 1 mlrd. dollar bankın xarici öhdəliklərinə yönələcək
# 06 oktyabr 2016 11:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) yerləşdirdiyi vəsait bankın xarici öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır".

"APA-Economics" xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bildirib.

"Bəli, ARDNF bizim bankda vəsait yerləşdirib və bu vəsait bankın xarici öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, bundan öncə ARDNF-in ABB-də 1 mlrd. dollarlıq depozit yerləşdirməsi barədə informasiya yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR