Bank Of Baku

ARDNF-in investisiya portfelinin 8,5%-ni xarici menecerlər idarə edir

ARDNF-in investisiya portfelinin 8,5%-ni xarici menecerlər idarə edir
# 12 iyun 2017 11:17 (UTC +04:00)

2016-cı ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 8,5%-i xarici menecerlər tərəfindən idarə edilir.

 

"APA-Economics" xəbər verir ki, bu barədə ARDNF-nin 2016-cı il üzrə audit hesabatında yer alan məlumatda deyilir. Hesabat "PricewaterhouseCoopers Audit Azerbaijan LLC" tərəfindən aparılıb.

 

Hesabatı təhlil edəndə məlum olur ki, ARDNF-nin vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.

 

ARDNF-nin vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur:

 

Sabit gəlirli qiymətli kağızlar üzrə:

 

• Dünya Bankı – ARDNFnin aktivlərinin 226 milyon ABŞ dollarını ( ARDNF-nin

aktivlərinin 0,7%-ni) idarə edir.

• “Deutsche Bank Advisors” – ARDNF-nin aktivlərinin 102 milyon ABŞ dollarını (ARDNFnin aktivlərinin 0,3%-ni) idarə edir.

 

Səhmlər üzrə:

 

• “UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 274 milyon ABŞ dollarını (ARDNFnin aktivlərinin 3,9%-ni) idarə edir.

• “State Street Global Advisors” (SSgA) – ARDNF-nin aktivlərinin 1 2 15 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 3,7%-ni) idarə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR