Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AtaSığorta” şirkəti Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasını sığortalayıb.
ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, “AtaSığorta” müvafiq tenderin qalibi elan edilib.
Tərəflər arasında müqavilə 2014-cü ilin dekabrın 30-da bağlanıb.
Müqaviləyə fondun Bakıdakı 22 mərtəbəli binasının və bütün texniki obyektlərinin (qazanxana, elektrik yarımstansiyası, soyutma və isitmə sistemlərinin) icbari sığortası, daşınan əmlakın sığortası, eləcə də daşınmaz əmlakın istismarının icbari sığortası daxildir.