Bank Of Baku

ARDNF-nin aktivlərini idarə edən alman bankı “İslam bankçılığının qəyyumu” seçilib

ARDNF-nin aktivlərini idarə edən alman bankı “İslam bankçılığının qəyyumu” seçilib
# 15 oktyabr 2016 11:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı il üzrə dünyanın ən yaxşı islam maliyyə institutlarının adları açıqlanıb.

 

APA-Economics” xəbər verir ki, “Deutsche Bank” bu mənada “İslam bankçılığının qəyyumu” adını qazanıb.

 

"Deutsche Bank" Azərbaycan üçün heç də yad bank deyil. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ötən il üzrə hesabatında bildirilir ki, "Deutsche Bank Advisors" fondun aktivlərinin təxminən 100 milyon dollarından artıq hissəsini idarə edir. 31 dekabr 2015-ci il tarixinə fond maliyyə təşkilatları ilə ("xarici menecerlərlə") aktivlərin idarə edilməsi haqqında razılaşmalara əsasən 3 mln. 708,059 min manat (2 mln. 377,875 min dollar) məbləğində vəsait, o cümlədən pul vəsaitləri və onların ekvivalentlərini saxlayıb. 2013-cü, 2014-cü və 2015-ci illər ərzində fondun xarici menecerləri kimi "Deutsche Bank AG", Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı Qrupu), "State Street Global Advisors" və UBS çıxış ediblər.

 

Bundan başqa, reytinq cədvəlində “Samba” ilin “ən yaxşı islam maliyyə institutu”, “Maybank Islamic” “ən yaxşı sukuk bankı”, “Jadwa Investment” “ən yaxşı islam investisiya bankı” kimi qeyd olunub. Ümumilikdə reytinqdə 23 “nominasiya” üzrə bankların adı yer alıb.

 

Qeyd edək ki, 23 bank bu ada dünya üzrə bankirlər, korporativ maliyyə institutları və analitiklər arasında keçirilən sorğu nəticəsində layiq görülüb. Qiymətləndirmə aparılarkən reytinqdəki bankların aktivlərin həcmi, gəlirlilik, strateji əlaqələr, yeni biznes imkanlar və məhsullarda innovativlik, müştəri məmnuniyyəti və digər amillər nəzərə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR