Bank Of Baku

ARDNF Beynəlxalq Bankdakı depozitin müddətini uzada bilər

ARDNF Beynəlxalq Bankdakı depozitin müddətini uzada bilər
# 12 oktyabr 2016 14:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Beynəlxalq Bankına depozitin yerləşdirilməsini şərh edib.

 

"APA-Economics"in məlumatına görə, Ş. Mövsümov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, qaydaya görə, Fond aktivlərinin 5%-ini yerli bazarda yerləşdirə bilər: "Bu da təxminən $1,6 mlrd. edir. Biz $1 mlrd. yerləşdirmişik. Daha $600 mln. yerləşdirmək fikrimiz yoxdur".

 

Qeyd edək ki, vəsait 1 il müddətinə, 4%-lik gəlirliliklə yerləşdirilib.


İcraçı direktor əlavə edib ki, bankın istəyi olarsa, depozitin müddəti uzadılacaq.

 

Ş. Mövsümov bildirib ki, Fondun başqa banka depozit yerləşdirmək fikri yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR