Bank Of Baku

ARDNF və “Credit Agricole” arasında əməkdaşlıq məsələsi müzakirə olunub

ARDNF və “Credit Agricole” arasında əməkdaşlıq məsələsi müzakirə olunub
# 12 may 2017 12:03 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavini Reji Monfronun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mövsümov qonaqlara ARDNF-nin fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

 

Görüşdə ARDNF-nin Fransadakı mövcud investisiyaları və gələcək investisiya imkanları, “Credit Agricole Corporate & Investment” bankı ilə əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR