Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi tenderin qalibi “Toyota Bakı Mərkəzi” MMC olub.
“APA-Economics” xəbər verir ki, ARDNF-nin xidməti məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulan seqmenti “D” və ya “E”yə, markası Yaponiya və ya Almaniyaya məxsus 2 ədəd minik avtomobilinin satın alınması üzrə qalib “Toyota Bakı Mərkəzi” MMC olub.
Qalib şirkətlə 2018-ci il fevralın 6-da müvafiq satınalma müqaviləsi imzalanıb.