Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ötən ilin dekabr ayında dövlət büdcəsinə 87,025 mln. manat vəsait ödəyib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, 2013-cü il ərzində büdcəyə 1,574 mlrd. manat vəsait ödənilib. Bu göstərici 2012-ci il ilə müqayisədə 10,4% çoxdur.
Bundan əlavə, ötən ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14, 426 mln. manat vəsait köçürüb. Bu da 2012-ci ilin dekabr ayına nisbətən 11,5% çoxdur.
Ümumiyyətlə, ötən il ərzində Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 162,191 mln. manat təşkil edib ki, bu da 2012-ci ilə nisbətən 4,690 mln. manat və ya 3% artıqdır.