Bank Of Baku

Auditorlar Palatası gəlirlərini 16% artırıb

Auditorlar Palatası gəlirlərini 16% artırıb
# 06 iyun 2017 11:04 (UTC +04:00)

2016-cı ildə Auditorlar Palatası 630,245 min manat məbləğində gəlir əldə edib.

 

"APA-Economics" Palatanın 2016-cı il üzrə hesabatına istinadən xəbər verir ki, qurum 2015-ci ilə (531,222 min manat) müqayisədə gəlirlərini 15,7% artırıb.


Auditorlar Palatası 2016-cı il ərzində respublika büdcəsinə 25,478 min manat, Dövlət Sosial Müdafiə Fonduna 66,073 min manat vəsait ödəyib.

2016-cı il ərzində Palatada əməkdaşların orta siyahı sayı 57 nəfər olub və onlara 264,759 min manat məbləğində əmək haqqı və mükafat ödənilib.
 

Daxil olmuş üzvlük haqqından 1% olmaqla 5,829 min manat məbləğində vəsait "Azərbaycan Respublikasında auditor xidmətinin inkişafı fondu"na köçürülüb və il ərzində bu fonddan vəsait istifadə edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR