Bakı - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2016-cı ilin sentyabr ayının 1-ə 16 mlrd. 328,6 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2015-ci ilin eyni dövrü ilə müqayisədə 3 mlrd. 181,2 mln. manat və ya 16,31% azdır.
Ümumiyyətlə, avqust ayında kredit qoyuluşu 126,3 mln. manat və ya 0,78% azalıb.