Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Birliyinin (AB) dəstəyi ilə hazırda Azərbaycanda həyata keçirilən Tvinninq proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən 10 layihə hazırlanır. «APA-Economics»in məlumatına görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toral Pilz bildirib.
Onun sözlərinə görə, Hazırda Azərbaycanda proqram çərçivəsində 7 layihənin icrası davam etdirilir. «Ümumiyyətlə, hər il Azərbaycana tvininq layihələri üzrə 7,6 mln. avro məbləğində vəsait ayrılır», - deyən Toral Pilz qeyd edib ki, yeni hazırlanan layihələr ombudsman, kənd təsərrüfatı, vergi və digər sahələri əhatə edir.