Bank Of Baku

I Avropa Oyunları ilə bağlı İcbari Sığorta Bürosunda iş vaxtı dəyişdirilib

I Avropa Oyunları ilə bağlı İcbari Sığorta Bürosunda iş vaxtı dəyişdirilib
# 01 may 2015 09:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar  mayın 1-dən iyulun 1-nə kimi İcbari Sığorta Bürosu (İSB) xüsusi iş rejiminə keçəcək.

 

İSB-dən “APA-Economics”ə verilən məlumata əsasən, adi iş günlərindən fərqli olaraq işçilər işə daha tez başlayıb, iş gününü daha tez yekunlaşdıracaqlar.

 

İşçilərin 50%-i üçün iş vaxtı saat 8:00-dan başlayıb, saat 17:00-da, digər  50%-i üçün isə 08:30-dan başlayıb 17:30-da bitəcək.

 

Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabineti  Bakıda keçirilən Birinci Avropa Oyunlarına görə nəqliyyatda sıxlığın qarşısını almaq məqsədilə dövlət və qeyri-dövlət qurumlarında iş rejimini dəyişmək barədə qərar verib. Birinci Avropa Oyunları bitdikdən sonra müəssisələr adi iş rejiminə qayıdacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR