Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf bankı Azərbaycanın daha bir bankına kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf bankı Azərbaycanın daha bir bankına kredit ayırıb
# 01 oktyabr 2014 13:31 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ölkədə enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün “Muğanbank”a 3 mln. ABŞ dolları həcmində vəsait ayırıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu məbləğ sənaye müəssisələri və ev təsərrüfatlarında enerji səmərəliliyi və bərpaolunan enerji layihələri üçün müvafiq tələblərə cavab verən korporativ və fərdi müştərilərə kredit şəklində ayırmaq məqsədilə istifadə olunacaq.

 

Bu vəsaitdən istifadə edərək “Muğanbank” müasir istehsal obyektləri kimi daha səmərəli avadanlıq, texniki qurğular və materiallar, ikiqat şüşəli pəncərələr, izolyasiya, qaz qazanları, günəş su qızdırıcıları və damda yerləşdiriləcək günəş panellərini almaqda yerli sahibkarlar və mənzil sahiblərinə kömək edəcək. Vəsait həmçinin müştərilərə enerjiyə ödədikləri vəsaitə qənaət etmək, biznes və evlərini xərclər baxımından daha qənaətçil məkana çevirməyə imkan verəcək.

 

Kredit sənaye müəssisələri və mənzillərdə enerji səmərəliliyinin təkmilləşdirilməsini və bərpaolunan enerji layihələrinin reallaşmasına yardım edən yerli maliyyə təsisatlarına kreditlər ayıran AYİB-in Qafqaz Enerji Səmərəliliyi Proqramının bir hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR