Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİK) ötən il xalis mənfəəti 22% azalaraq 772 mln. avro təşkil edib.
“APA-Economics” “İnterfax”a istinadən xəbər verir ki, AYİB-in maliyyə göstəricilərinin aşağı düşməsi kapitala qoyulan investisiyalarından gəlirlərin azalması ilə izah olunub. Belə ki, 2016-cı ildə Bankın kapitala investisiyadan gəlirləri 423 mln. avrodan 332 mln. avro qədər azalıb.
Ötən il bank 412 layihə üçün 9,7 mlrd. avro ayırıb.
2017-ci ildə bankın xalis faiz gəliri 774 mln. avrodan 754 mln. avroya enib.
AYİB-in kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi i ötən il ilə müqayisədə 5,5%-dən 3,9%-ə qədər azalıb.
Qeyd edək ki, Bankın 2016-cı il ildə xalis mənfəəti 992 mln. avro təşkil edib.