Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ildə 931464 sayda avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.
“APA-Economics”in məlumatına görə, hesabat dövründə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 70 mln. manatı ötüb. 2013-cü il ilə müqayisədə sığorta müqavilələrinin sayında 2,14%, sığorta haqlarının məbləğində 2,04% artım müşahidə edilib.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin və həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının 2013-cü və 2014-cü illər üzrə müqayisəsi aşağıdakı cədvəldə göstərilib:

2013 və 2014-cü illərdə bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin və həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının aylar üzrə bölgüsü aşağıdakı cədvəllərdə əks olunub:







