Prezident İlham Əliyev Aydın Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, A. Əliyev Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, A. Əliyev Dövlət Gömrük Komitəsinin sədridir.