Bank Of Baku

AYİB 20 il ərzində Azərbaycana 6,7 mlrd. avro həcmində dəstək verib

AYİB 20 il ərzində Azərbaycana 6,7 mlrd. avro həcmində dəstək verib
# 15 iyul 2013 15:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Avropa Yenidənqurma və İnkişafı Bankı (AYİB) Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verəcək.

 

APA-Economics”in xəbərinə görə, bu barədə AYİB prezidenti Suma Çakrabarti və iqtisadi inkişafı naziri Şahin Mustafayevin bu gün keçirilən birgə mətbuat konfransında bəyan edilib.

 

AYİB prezidenti S.Çakrabarti bildirib ki, Azərbaycan son illər ərzində yüksək iqtisadi uğurlara nail olub, o cümlədən yoxsulluq səviyyəsi 2001-ci ildən 50%-dən 8%-ə qədər endirilib: “AYİB 20 il ərzində Azərbaycana 6,7 mlrd. avro həcmində dəstək verib. Bunun 1,6 mlrd. avrosu birbaşa AYİB-nin vəsaitləridir, qalan hissəsi isə digər mənbələrdən cəlb olunub. Ötən il ərzində 90 mln. avro həcmində 16 layihə təsdiq edilib və cari il ərzində də əməkdaşlığın yüksək olması gözlənilir. AYİB tərəfindən Azərbaycanda prioritet sahələr sırasında iqtisadiyyatın şaxələndirilməsi, kiçik və orta sahibkarlığın, maliyyə, aqrar sektorlarının və kapital bazarının inkişafı bəyan edilib”.

 

S.Çakrabarti qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün şəffaflığın olması vacibdir: “Azərbaycanda korrupsiyaya qarşı nailiyyətlər əldə edilib, lakin bu sahədə yenə də səylər davam etdirilməlidir. İnanıram ki, Azərbaycan dünya ölkələri arasında yüksək göstəriciyə nail olacaq. Bütün bunlar biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sahəsinin inkişafına dəstək olacaq”.

 

Ş.Mustafayev öz növbəsində bəyan edib ki, Azərbaycan hökuməti AYİB-lə əməkdaşlığı çox yüksək qiymətləndirir. Bu günədək AYİB Azərbaycanda özəl sektorda 125 layihə ilə yanaşı, infrastruktur, enerji və nəqliyyat kimi sahələrdə 9 dövlət təminatlı layihələri maliyyələşdirib. Bu səfər çərçivəsində gələn 3 il üçün strategiyanı müzakirə etdik. Nəzərdə tutulan proqnozlara əsasən, Azərbaycanda 2020-ci illə qədər iqtisadiyyat 2 dəfə artacaq, qeyri-neft sahəsinin payı isə 80%-ə çatacaq. Bu planların reallaşmasında AYİB öz yüksək rolunu oynacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR