Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycanın Asiya İnfrastruktur və İnvestisiyalar Bankının (AİİB) nizamnamə kapitalına yönəldəcəyi vəsaitin həcmi ilə bağlı danışıqlar aparılır”.
“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, Azərbaycan nümayəndə heyəti aprelin 27-28-də Çinin paytaxtı Pekində bu məsələ ilə bağlı ilkin danışıqlar aparıb: “Artıq müəyyən məlumatlar mövcuddur. Yaxın gələcəkdə bununla bağlı ətraflı məlumat veriləcək. Mən hələ bu rəqəmi açıqlamaq istəmirəm”.