“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 081 avtomobil və 1,97 dəfə azdır.
Belə ki, ölkəyə gətirilən avtomobillərin 497 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 13 912 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 952 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 134 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.