Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 7 431,7 mln. manat və ya 34,7% artaraq 2015-ci il mayın 1-ə 29 mlrd. 238,4 mln. manata çatıb.
“APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
2015-ci ilin mart ayı ilə müqayisədə aprel ayında aktivlərin həcmi 217,8 mln. manat və ya 0,8% artıb.