Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğanbank» ASC-nin hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, sayı 7 min ədəd, ümumi həcmi isə 7 mln. dollar olan istiqrazlarının emissiyası Latviya Mərkəzi Depozitarisi (LMD) tərəfindən qeydiyyata alınaraq «NASDAQ OMX» Riga fond birjasında yerləşdirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bunu «Muğanbank» ASC-nin İdarə Heyətinin sədr müavini Rasim İsmayılov bildirib.
R.İsmayılov vurğulayıb ki, LMD ilə imzalanmış müqaviləyə əsasən, «Muğanbank» müvafiq qeydiyyatdan keçərək öz qiymətli kağızlarını «NASDAQ
Bankın istiqrazlarını alan investorlar Şərqi Avropanın bir neçə dövlətini təmsil edir. İstiqrazlar üzrə gəlirliyin illik 11% olduğunu deyən R.İsmayılov bu faiz dərəcəsinin istiqrazların ödəniş tarixinədək, yəni 2016-cı ilədək qüvvədə qalacağını bildirib. Emissiya nəticəsində cəlb ediləcək vəsaitlərin istifadəsinə gəldikdə, R.İsmayılov qeyd edib ki, bu vəsait bankın müştərilərinin maliyyələşdirilməsinin genişləndirilməsi, o cümlədən kiçik və orta sahibkarlara biznes-kreditlərinin verilməsinə, müştərilərin istehlak tələblərinin təmin edilməsi ilə əlaqədar istehlak kreditlərinin verilməsinə yönəldiləcək.
R.İsmayılov əlavə olaraq bildirib ki, bank beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa böyük əhəmiyyət verir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.