Bank Of Baku

Azərbaycan banklarında vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. manata çatır

Azərbaycan banklarında vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. manata çatır
# 05 yanvar 2015 09:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2014-cü ilin dekabrın 1-nə 18 151,9 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 906,6 mln. manat və ya 19,07% çoxdur.

 

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 528,1 mln. manat və ya ümumi həcminin 41,5%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 492,9 mln. manat və ya 24,74% artıb.

 

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin artımının hesabına baş verir.

 

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,8%-lik payla “İnşaat və əmlak” və 14,3%-lik payla “Ticarət və xidmət”, 11,4%-lik payla sənaye və istehsal, 4,6%-lik payla kənd təsərrüfatı və emal, 3,1%-lik payla nəqliyyat və rabitə, 1,2%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

 

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin dekabrın 1-nə 981,5 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 186,5 mln. manat və ya 23,46% çoxdur.

 

Son bir ayda isə vaxtı keçmiş kreditlərin cəmi 38,1 mln. (4,03%) manat artıb.

 

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 5,4% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR