Bank Of Baku

Azərbaycan banklarındakı depozitlərin 75%-dən çoxu xarici valyutada yerləşdirilib

Azərbaycan banklarındakı depozitlərin 75%-dən çoxu xarici valyutada yerləşdirilib
# 02 noyabr 2015 11:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2015-ci il oktyabrın 1-nə 17 477,5 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,946 mlrd. manat və ya 20,27% çoxdur. O cümlədən, avqust ayı ilə müqayisədə cari ilin sentyabr ayında depozitlərin həcmi 180,6 mln. manat və ya 1,02% azalıb.

 

Depozitlərin tərkibində 7 311,8 mln. manatı və ya 41,84%-i ev təsərrüfatları əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2014-cü ilin oktyabrın 1-ə nisbətən 352,1 mln. manat və ya 5,06% artıb.

 

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin oktyabrın 1-ə 10 165,7 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 2 593,9 mln. manat və ya 34,26% artıb.

 

Hüquqi şəxslərin depozitlərinin tərkibində 5 103,6 mln. manatı və ya 50,2%-i maliyyə təşkilatların depozitlərinin, 5 062,1 mln. manatı və ya 49,8%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

 

Yerli banklarda depozitlərin 4 297,9 milyonu manatla, 13 179,5 milyonu isə xarici valyutada yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR