Bank Of Baku

Azərbaycan banklarının xarici borclanması azalıb

Azərbaycan banklarının xarici borclanması azalıb
# 08 iyul 2015 07:03 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi 2015-ci ilin iyunun 1-ə 6 mlrd. 982,1 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, may ayında bu göstərici 148,4 mln. və ya 2,1% azalıb.

 

İlin əvvəli ilə müqayisədə bankların xarici öhdəliklərinin həcmi 2 mlrd. 46,5 mln. manat və ya 41,5% artıb.

 

Ötən ilin may ayı ilə müqayisədə isə bank sektorunun xarici borclanması 2 mlrd. 565,8 mln. manat və ya 58,1% artıb.

 

Banklarımızın məcmu xarici aktivlərin həcmi 2015-ci ilin iyunun 1-ə 4 mlrd. 669,9 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 1 mlrd. 989 mln. manat və ya 74,2% çoxdur.

 

Ötən ayla müqayisədə isə bank sektorumuzun məcmu xarici aktivləri 327 mln. manat və ya 6,5% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR