Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı aktivləri 22% artırıb

Azərbaycan Beynəlxalq Bankı aktivləri 22% artırıb
# 17 oktyabr 2014 09:15 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 22% artaraq 2014-cü il oktyabrın 1-nə 8,39 mlrd. manata çatıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın kredit portfeli illik müqayisədə 24,6% artaraq 2014-cü il oktyabrın 1-nə 6,062 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 639,3 mln. manat təşkil edib.

 

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,601 mlrd. manata bərabər olub ki, bu da 2013 ilin oktyabrın 1-nə nisbətən 4,9% çoxdur.

 

Bankın məcmu kapitalı il ərzində 27,6% artaraq 986,8 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 568,3 mln. manata çatdırılıb.

 

Bankın gəlirləri 438,7 mln. manat təşkil edib. 2014-ci ilin 9 ayında ABB-nin xalis mənfəəti  44,7 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR