Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığı xidmətləri göstərməyə başlayıb

Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığı xidmətləri göstərməyə başlayıb
# 08 aprel 2013 10:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankında yaradılmış İslam Pəncərəsi müştərilərə xidmət göstərməyə başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, xidmətlərin sırasında İcarə, Vəkalə, İslam bank kartları, «Hard Hasan» hesabların açılması kimi məhsullar var.

 

ABB-nin İslam bankçılığı Departamentinin direktoru Behnam Qurbanzadə bəyan edib ki, həmin bank məhsulları «Dubai Islamic Bank» tərəfindən təsis edilmiş «Dar əl Shəriə» şəriət maliyyə-hüquq məsləhətçisi şirkətində müvafiq sertifikatlaşmadan keçib.

 

Beləliklə, İslam bankçılığı Departamenti tərəfindən təklif edilən xidmətlər AAOIFI (Accounting and Auditing Organization for Islamic Financial Institutions) İslam maliyyə tənzimləyicisi orqanı tərəfindən təyin edilən bütün standartlara cavab verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR