Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı MDB banklarının reytinqində irəliləyib

Azərbaycan Beynəlxalq Bankı MDB banklarının reytinqində irəliləyib
# 01 iyul 2013 11:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Rusiyanın «RİA Reytinq» reytinq agentliyi tərəfindən hazırlanan MDB ölkələrinin ən iri 100 bankın siyahısında Azərbaycan Beynəlxalq Bankı (ABB) bir pillə irəliləyərək 34-cü yeri tutub. «APA-Economics»in xəbər verdiyi kimi, reytinq 2013-cü ilin yanvarın 1-nə olan aktivlərin həcminə görə hazırlanıb və burada ABB-nin aktivlərinin həcmi 7,5 mlrd. dollara bərabər olduğu bildirilir.

 

Ümumilikdə, reytinqə Rusiya «Sberbank»ı başçılıq edir. Bankın yanvarın 1-nə aktivləri 447,17 mlrd. dollar təşkil edib. Qeyd edək ki, reytinqdə Azərbaycan, Belarus, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ukrayna və Rusiyanı təmsil edən banklar yerini alıb. Reytinqdə əks olunan bankların ümumilikdə MDB ölkələri üzrə məcmu bank sistemlərində xüsusi çəkisi 81%-ə bərabər olub.

 

Eyni zamanda reytinqdə müəyyən anlaşılmazlıqlar var. Belə ki, reytinqi tamamlayan son bankın aktivlərinin həcmi 2,57 mlrd. dollar səivyyəsində göstərilib, lakin məlumdur ki, Azərbaycan «Kapital Bank»ının 2013-cü ilin yanvarın 1-nə aktivləri 3,240 mlrd. manat və ya təxminən 4,13 mlrd. dollar olub. Beləliklə, «Kapital Bank» həmin reytinqdə 59-60-cı yerlədə olmalı idi. Lakin məlum olmayan səbəblərdən «RİA Reytinq»in ekspertləri «Kapital Bankı» ümumiyyətlə reytinqə daxil etməyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR