Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Qətərin maliyyə bazarında İslam bankçılığı xidmətlərinin göstərilməsi üzrə fəaliyyət göstərmək niyyətindədir. Bu məqsədlə Qətərdə törəmə bank təşkilatının təsis edilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İslam bankçılığı Departamentinin müdiri Behnam Qurbanzadə bildirib.
B.Qurbanzadənin sözlərinə görə, artıq bununla bağlı Qətər hökuməti ilə ABB-nin törəmə qurumunun yaradılmasına dair müəyyən razılıq da əldə olunub.
«Bundan başqa, Rusiya, Qazaxıstan və digər MDB ölkələrinin bazarlarında İslam bankçılığını fəal şəkildə inkişaf etdirməyi planlaşdırırıq. Bizim missiyamız Beynəlxalq Bank və onun törəmə qurumlarının bazasında multi-investisiya platforması yaratmaqdır», - deyə departament müdiri vurğulayıb.