Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına dividend ödəməyə hazırlaşır

Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına dividend ödəməyə hazırlaşır
# 26 aprel 2013 10:20 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, ABB-nin prezidenti Cahangir Hacıyev bildirib ki, bu məsələ bankın Müşahidə Şurasının aprelin 29-da keçiriləcək iclasında müzakirə ediləcək.

 

Onun sözlərinə görə, ötən ilin nəticələrinə əsasən, ABB-nin 53 mln. manat bölüşdürülməmiş mənfəəti toplanıb və bankın menecmenti həmin mənfəətin bölüşdürülməsi ilə bağlı səhmdarlar qarşısında məsələ qaldırıb: «Təklifimiz ondan ibarətdir ki, azı 15 mln. manat dividendlərin bölüşdürülməsinə yönəldilsin, qalan hissə isə bölüşdürülməmiş mənfəət kimi qalsın və bu da ümumi kapitalın artırılmasına kömək etsin».

 

Qeyd edək ki, hazırda ABB-nin nizamnamə kapitalı 340 mln. manat təşkil edir. Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR