Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri aprel ayının 1-nə 7,648 mlrd. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit portfeli illik müqayisədə 28,2% artaraq 5,155 mlrd. manata çatıb. Bu ilin ilk üç ayı ərzində fiziki şəxslərə verilmiş kreditlər 557,2 mln. manat təşkil edib.
Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,542 mlrd. manata bərabər olub ki, bu da ötən ilin aprelin 1-nə nisbətən 8,7% çoxdur.
Bankın məcmu kapitalı il ərzində 27,1% artaraq 950,6 mln. manata çatıb.
ABB-nin nizamnamə kapitalının həcmi 499,8 mln. manata çatıb. Bankın gəlirləri 143,97 mln. manata, xalis mənfəəti 12,3 mln. manat təşkil edib.
Aprelin əvvəlinə bankın 2 041 206 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 697 bankomat və 5123 POS-terminaldan ibarətdir.