Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının filial və şöbələri xüsusi iş rejiminə keçir

Azərbaycan Beynəlxalq Bankının filial və şöbələri xüsusi iş rejiminə keçir
# 27 aprel 2015 12:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) filial və şöbələri  mayın 1-dən iyulun 1-dək xüsusi iş rejiminə keçirilir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Abşeron, Binəqədi, Mərkəzi, Nərimanov filialları saat 9:00-dan 16:30-dək, Nəqliyyat, Nəsimi, Xətai, Qaradağ, Yasamal filialları 9:30-dan 17:00-dək, Səbail, Sabunçu, Sənaye, Suraxanı, Nizami filialları 10:00-dan 17:30-dək, Səbail filialı şənbə günündə 10:30-dan 15:00-dək müştərilərə xidmət edəcək. 

 

Bundan başqa, bankın Xırdalan şöbəsi saat 9:00-dan 16:30-dək, Landmark şöbəsi, 4 Saylı Sığorta Şöbəsi, 5 Saylı Mətbuat Şöbəsi 9:30-dan 17:00-dək, 7 Saylı Azəriqaz Şöbəsi, 8 Saylı Bakıxanov Şöbəsi, 9 Saylı Mərdəkan Şöbəsi, 10 Saylı Hava Limanı Şöbəsi, 6 Saylı Pirallahı Şöbəsi 10:00-dan 17:30-dək müştərilərə xidmət edəcək.

 

Əlavə məlumat üçün: (012) 937, *2265 (*BANK), +99412 4377900

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR