Bank Of Baku

Azərbaycan bu ilin yanvarında Türkiyəyə 15 milyon dollar həcmində birbaşa xarici investisiya yatırıb

Azərbaycan bu ilin yanvarında Türkiyəyə 15 milyon dollar həcmində birbaşa xarici investisiya yatırıb
# 24 mart 2014 10:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Türkiyəyə birbaşa xarici investisiya yatıran Asiya ölkələri arasında üçüncü olub.

 

APA-Economics”in xəbərinə görə, Türkiyə İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatda bildirilir ki, yanvar ayında Türkiyəyə ümumilikdə 1 mlrd. 211 mln dollar həcmində birbaşa xarici investisiya qoyulub. Bunun 87 mln. dolları Asiya ölkələrinin payına düşür.

 

Yanvar ayında Türkiyəyə 34 mln. dollar birbaşa xarici investisiya yatıran Honk-Konq birinci, 18 mln. dollarlıq investisiya yatıran Səudiyyə Ərəbistanı ikinci, 15 mln. dollar həcmində investisiya yatıran Azərbaycan isə üçüncü sırada yer alıb.

 

Bu dövrdə Avropa Birliyi (AB) ölkələrinin sərmayə yatırımı isə 707 mln. dollar təşkil edib. AB ölkələri arasında ilk üçlükdə 599 mln. dollarla Hollandiya, hərəyə 22 mln. dollarla İrlandiya və İspaniya gəlir.

 

Qeyd edək ki, keçən ilin analoji dövründə Türkiyəyə yatırılan birbaşa xarici sərmayənin həcmi 802 mln. dollar təşkil edib.

 

Ötən illə müqayisədə bu ilin hesabat dövründə bu göstərici 51% artaraq, 1 mlrd. 211 mln.-a yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR