Bank Of Baku

Azərbaycan buğda idxalını 2 dəfədən çox artırıb

Azərbaycan buğda idxalını 2 dəfədən çox artırıb
# 26 fevral 2018 11:54 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycan 21 mln. 720,36 min ABŞ dolları dəyərində 121 529,80 ton buğda idxal edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar ayı ilə müqayisədə 62 828,97 ton və ya 2,07 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 10 mln. 863,27 min dollar və ya 2 dəfə çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 10 mln. 857,09 min dollar dəyərində 58 700,83 ton buğda idxal edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 3,15%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR