Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasında Mərkəzi Bankın əməkdaşlarına təlim keçilir

Azərbaycan Diplomatik Akademiyasında Mərkəzi Bankın əməkdaşlarına təlim keçilir
# 10 aprel 2013 10:55 (UTC +04:00)

Bakı – APA-Economics. Bu həftədən başlayaraq Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşları Azərbaycan Diplomatik Akademiyasının  İxtisasartırma proqramlarının (ADA Executive Education) onlar üçün xüsusi hazırladığı “İdarəçiliyin inkişafı” proqramı üzrə on dörd günlük təlimlərə qoşulublar.

 

ADA-nın Kommunikasiya Departamentindən “APA-Economics”ə verilən məlumata görə, dörd mərhələdən ibarət təlimlər zamanı akademiyanın yerli və xarici mütəxəssisləri bank əməkdaşlarına iş fəaliyyətinin səmərəliliyinin artırılması, idarəçilik və inzibati bacarıqlar, komanda şəklində fəaliyyət, layihələrin idarəedilməsi və liderlik qabiliyyətinin inkişaf etdirilməsi  üzrə  dərslər keçəcəklər. İyun ayında təlimləri bitirəcək AMB-nin orta rütbəli 25 əməkdaşına ADA İxtisasartırma proqramlarının sertifikatları təqdim olunacaq.

 

Qeyd edək ki, bu təlimlər ADA tərəfindən bank sahəsi üçün hazırlanan ilk ixtisasartırma proqramıdır və Mərkəzi Bankın peşəkar tələblərinə cavab verən ehtiyaclarına əsasən qurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR