Bank Of Baku

Parlament komitələri ötən ilin büdcəsinin icrası haqqında qanun layihəsini müzakirə edəcək

Parlament komitələri ötən ilin büdcəsinin icrası haqqında qanun layihəsini müzakirə edəcək
# 23 may 2017 08:41 (UTC +04:00)

"Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə təqdim olunub.

 

APA-nın məlumatına görə, sənəd mayın 25-də parlament komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq.

 

Layihə komitə üzvləri tərəfindən tövsiyələr verildikdən sonra sənəd mayın 31-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, ötən gün Hesablama Palatasının kollegiya iclasında qurum dövlət büdcəsinin icrasına dair illik hesabata geniş rəy verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR