Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu Asiya ölkələrinin daşınmaz əmlak bazarına 1 mlrd. dollar yatıracaq

Azərbaycan Dövlət Neft Fondu Asiya ölkələrinin daşınmaz əmlak bazarına 1 mlrd. dollar yatıracaq
# 26 aprel 2013 07:55 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

 

Ş.Mövsümovun sözlərinə görə, Fond əmlakı əsasən Asiya bazarlarında almağı planlaşdırır: «Çünki dünyada hələ də iqtisadi tənəzzül davam edir və dünyada yeganə artım yeri məhz Asiyadır».

 

Xatırladaq ki, bu yaxında ARDNF rəhbəri bu sərmayələrin üç Asiya ölkəsinə yatırılacağını bildirmişdir. Bu, Çin, Cənubi Koreya və Avstraliyadır və hazırda həmin ölkələrdə araşdırmalar aparılır.

 

Qeyd edək ki, 2012-ci ildə ARDNF London, Paris və Moskvada məcmu dəyəri təxminən 600 mln. ABŞ dolları olan kommersiya daşınmaz əmlakına sərmayə yatırıb. Bu ilin əvvəlində Fondun aktivlərinin həcmi 34,129 mlrd. dollara, aprelin 1-nə isə 34,326 mlrd. dollara bərabər olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR