Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu qızıl ehtiyatlarını 30,2 tona çatdırıb

Azərbaycan Dövlət Neft Fondu qızıl ehtiyatlarını 30,2 tona çatdırıb
# 26 dekabr 2013 10:16 (UTC +04:00)

Fonddan «APA-Economics»ə verilən məlumata görə, ARDNF tərəfindən alınmış qızılın miqdarı hazırda ümumilikdə 970 145,5 troya unsiyası və ya 30 174,9 kq olub.

 

Xatırladaq ki, ARDNF tərəfindən 2012-ci ilin ilk rübündən qızılın alınmasına start verilib və qızılın ölkəyə gətirilməsinə 2013-cü ildən başlanılıb. Bu ilin dekabr ayının sonuna qədər 643 450,640 troya unsiyası və ya 20 013,55 kq qızıl ölkəyə gətirilib.

 

Qeyd edək ki, ARDNF-in strategiyasına əsasən, investisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönəldilə bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR