Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu Rusiyanın daha bir iri bankının maliyyə alətlərinə sərmayə yatıracaq

Azərbaycan Dövlət Neft Fondu Rusiyanın daha bir iri bankının maliyyə alətlərinə sərmayə yatıracaq
# 15 noyabr 2012 07:25 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

 

Ş.Mövsümov qeyd edib ki, artıq bu il Fond Rusiyanın ən iri banklarından olan «Qazprombank»a 3 mlrd. rubl (təxminən 100 mln. ABŞ dolları) dəyərində qısamüddətli depozit yerləşdirərək bu valyutada ilkin investisiyalarına başlayıb.

 

ARDNF başçısı əlavə edib ki, bu istiqamətdə atılan növbəti addım isə Fondun Rusiyanın daha bir iri bank təşkilatı olan «VTB Bank»ın alətlərinə sərmayə yatırması olacaq. Bu, Neft Fondunun Rusiya rublunda ifadə olunan aktivlərə nəzərdə tutduğu uzunmüddətli investisiya strategiyasının ilkin mərhələsidir və bu valyutada ifadə olunan maliyyə alətlərinə investisiyalar davam etdiriləcək.

 

Qeyd edək ki, «2012-ci ildə ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)»na (investisiya siyasəti) əsasən, Fondun vəsaitlərinin 5%-ə qədərinin Türkiyə lirəsi və Rusiya rublunda ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR