Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin büdcə ödənişləri artıb

Azərbaycan Dövlət Neft Şirkətinin büdcə ödənişləri artıb
# 12 aprel 2013 15:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin mart ayında dövlət büdcəsinə 119 476 000 manat vəsait ödəyib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-mart aylarında büdcəyə 385 992 000 manat ödənilib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% çox olub.


Bundan əlavə, mart ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 822 000 manat vəsait köçürüb ki, bu da ötən ilin mart ayına nisbətən 7,9% çoxdur. Ümumiyyətlə, 2013-cü ilin yanvar-mart aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 36 989 000 manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9% çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR