Bank Of Baku

Azərbaycan əhalisinin gəlirləri 5% artıb

Azərbaycan əhalisinin gəlirləri 5% artıb
# 21 yanvar 2015 10:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilə nisbətən 4,8% artaraq 39,4 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi 4180,5 manat, və ya ayda orta hesabla 348,4 manat təşkil edib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 2,1% bəndi üstələyərək 3,5% olub.

 

Bu dövr ərzində gəlirlərin 68,8%-i son istehlaka, 8,7%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 20,0%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

 

Əhalinin sərəncamında qalan 35,9 mlrd. manatlıq gəlir əvvəlki ildəki ilə müqayisədə 5,1% çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR