Bank Of Baku

Azərbaycan ət idxalını artırıb

Azərbaycan ət idxalını artırıb
# 26 fevral 2018 10:12 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycan 4 mln. 434,04 min ABŞ dolları dəyərində 4 011,33 ton ət idxal edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar ayı ilə müqayisədə 1 048,06 ton və ya 53,38% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə  1 mln. 393,47 min dollar və ya 45,83% çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 3 mln. 40,57 min dollar dəyərində 1 963,27 ton ət idxal edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar ayında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR