Bank Of Baku

Azərbaycan fond bazarına yeni alətlər çıxarılacaq

Azərbaycan fond bazarına yeni alətlər çıxarılacaq
# 10 aprel 2013 13:47 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) fond bazarına yeni alətlərin çıxarılmasına hazırlaşır. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

 

Onun sözlərinə görə, Komitə ölkənin qiymətli kağızlar bazarının infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı mövcud olan alətlərin çeşidinin də genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir: «Yeni alətlərin bazara buraxılmasını gözləyirik. Lakin buna bazarın özü, əsasən də investorlar hazır olmalıdır ki, alətlərin çeşidinin genişləndirilməsi sərmayələrin cəlb olunmasını təmin etsin. Yaxın gələcəkdə təminatlı və təminatsız alətlərin çeşidinin genişləndirilməsi gözlənilir».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR