2018-ci ilin yanvar ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edib.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 622 mln. 367 min 42,08 manat olan broker xidmətləri göstərib.
İkinci yeri ümumi həcmi 535 mln. 640 min 547,30 manat olan broker xidmətləri göstərmiş “Paşa Kapital İnvestisiya Şirkəti” QSC tutub. Renkinqdə üçüncü yerdə 483 mln. 182 min 460,32 manat olan broker xidmətləri göstərmiş ”"İnvest-Az İnvestisiya Şirkəti" QSC, dördüncü yerdə 368 mln. 976 min 804,42 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, beşinci yerdə 90 mln. 10 min 329,36 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, altıncı yerdə 58 mln. 15 min 632,19 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.