Bu ilin yanvar ayı ərzində Azərbaycan 34 mln. 884,47 min ABŞ dolları dəyərində 33 940,42 ton meyvə-tərəvəz ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar ayı ilə müqayisədə 10 838,35 ton və ya 45,07% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 11 mln. 208,37 min dollar və ya 49,31% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 24 mln. 946,12 min dollar dəyərində 22 732,05 ton meyvə-tərəvəz ixrac edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 3,36%-ni təşkil edib.