Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qiymətli kağızlar bazarının həcmi 1,7 mlrd. manat təşkil edib ki, bu da ÜDM-in 12,9%-ni, qeyri-neft ÜDM-in isə 25,2%-ni təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2013-cü ilin I rübü üzrə Fəaliyyət Hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, iqtisadiyyatın qeyri-neft sektorunun maliyyələşməsinə xidmət edən korporativ qiymətli kağızlar bazarı I rüb ərzində yüksək templi artım nümayiş etdirib. Belə ki, dövr ərzində bazarın korporativ qiymətli kağızlar sektoru korporativ səhm və istiqrazların ilkin və təkrar bazarlarında canlanma tendensiyaları nəticəsində 65% artaraq 146 mln. manat təşkil edib.
«Hesabat dövründə ənənəvi olaraq səhmlərin ilkin bazarının ən aktiv iştirakçıları olan kommersiya banklarına qarşı kapital tələblərinin sərtləşdirilməsi şəraitində bankların səhm bazarından maliyyələşməsi artıb. Belə ki, dövr ərzində səhm bazarının bütövlükdə həcmi 2,2 dəfə artaraq 92 mln. manat təşkil edib. Səhm bazarının yüksək artım tempi bazarın ilkin və təkrar seqmentlərində də bərabər şəkildə əks olunub. Belə ki, səhm bazarının ilkin bazarı hesabat dövrü ərzində 2,7 dəfə, təkrar bazarı isə 1,9 dəfə artıb», - deyə hesabatda qeyd olunub.
Hesabat dövründə özəl sektor təmsilçilərinin istiqraz vasitəsilə maliyyələşmə meyllərində də artım müşahidə olunub. Belə ki, özəl şirkətlər tərəfindən yerləşdirilən istiqrazların məbləği 9% artaraq 18,5 mln. manat təşkil edib. Rüb ərzində korporativ istiqrazlar bazarında əqdlərin sayı 50% artıb, bazarın həcmi isə 17% artaraq 54 mln. manat təşkil edib.
|
Korporativ qiymətli kağızlar |
|||||
|
Qiymətli kağızların növləri |
2013-cü il Yanvar-Mart |
2012-ci il Yanvar-Mart |
Məbləğ üzrə fərq,% |
||
|
Əqdlərin sayı |
Məbləğ (manat) |
Əqdlərin sayı |
Məbləğ (manat) |
||
|
KORPORATİV QİYMƏTLİ KAĞIZLAR |
1 001 |
146 269 659 |
1 040 |
88 437 409 |
65% |
|
Səhmlər |
953 |
92 210 567 |
1 008 |
42 053 978 |
2,2 dəfə |
|
Səhm (ilkin bazar) |
45 |
45 020 621 |
18 |
16 565 800 |
2,7 dəfə |
|
Səhm (təkrar bazar) |
908 |
47 189 947 |
990 |
25 488 178 |
85% |
|
Korporativ istiqrazlar |
48 |
54 059 092 |
32 |
46 383 431 |
17% |
|
Korporativ istiqrazlar - manat (ilkin bazar) |
24 |
29 525 001 |
18 |
22 070 335 |
34% |
|
Korporativ istiqrazlar - manat (təkrar bazar) |
24 |
24 534 091 |
14 |
24 313 096 |
1% |