Bank Of Baku

Azərbaycan gömrükçüləri İrandan metadon məhlulunun gətirilməsinin qarşını alıb

Azərbaycan gömrükçüləri İrandan metadon məhlulunun gətirilməsinin qarşını alıb
# 22 yanvar 2015 08:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrükçüləri 0,22 qram metadon məhlulu aşkar edib.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan Azərbaycana gələn İran vətəndaşı Əsədullah Mirşekarpurun idarə etdiyi “Volvo” markalı yük maşınına kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

 

Baxış zamanı həmin nəqliyyat vasitəsinin kabinəsində 1 ədəd plastik butulkada, təsiredici maddəsinin xalis çəkisi 0,22 qram olan narkotik vasitə - metadon məhlulu aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR